Vermalenin zədəsi ciddidir - 6 həftə oynamayacaq

Vermalenin zədəsi ciddidir -  6 həftə oynamayacaq
DÜNYA FUTBOLU 15 Oktyabr 2018 / 15:26 970
-  A +

“Barselona”nın zədəli futbolçusu Tomas Vermalenin durumuna aydınlıq gəlib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu gün tibbi müayinədən keçən 32 yaşlı müdafiəçinin 6 həftə yaşıl meydanlardan kənarda qalacağı məlum olub.

Qeyd edək ki, Belçika millisinin üzvünün İsevçrə ilə oyunda əzələsi dartılıb.

Əlavə edək ki, Vermalen La Liqada “Sevilya”, “Real” və “Atletiko”, Çempionlar Liqasında “İnter”lə oyunu buraxacaq.

Son xəbərlər