"Messi rəqabəti sevən heyvandır" - Qvardiola

"Messi rəqabəti sevən heyvandır" - Qvardiola
DÜNYA FUTBOLU 15 Oktyabr 2018 / 14:02 4193
-  A +

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola "Barselona"dakı vaxtlarını xatırlayıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, ispan mütəxəssis Kataloniya klubunda çalışdığı zaman oynatdığı "tiki-taka" (topu qısa və sürətli ötürmələrlə bir-birinə ötürərək, ona daim nəzarət etmək) futbolunu sevmədiyini söyləyib:

"Tiki-taka"nı sevmirəm, kənardan gözəl görünsə də, elə deyil. Önəmli olan pressinq edərək rəqibi istədiyin yerə yönləndirməkdir. Bunu ancaq müəyyən vaxtda edə bilərsiniz. Həmin zamanı yaşadığımız üçün şanslıyıq. Dünyanı yemək istədik, bacardıq. O komandanın gücü sabitlik idi, futbol oynamağı sevirdilər.”

Messinin rəqabəti sevdiyini söyləyən mütəxəssis onu rəqabətçi heyvan adlandırıb: “Messi  uduzmağı sevmir, bir uşaq kimi oynayır. O , rəqabəti sevən heyvandır. Komanda ona kömək edərsə, fərq yaratmağı bacarır”.

Qeyd edək ki, Qvardiola 2008-2012-ci illərdə "Barselona"nı çalışdırıb.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki