Kamran Ağayev: “Buraxdığım səhvlər məni ruhdan sala bilməz”

Kamran Ağayev: “Buraxdığım səhvlər məni ruhdan sala bilməz”
XƏBƏR 2 İyun 2010 / 16:12 2277
-  A +

“Milli  komandada  əhval-ruhiyyənin yüksək səviyyədə olması bizi çox sevindirir. Komanda daxilində özünə inam artıb. Hesab edirəm ki, hər kəs öz üzərinə düşəni layiqincə etməlidir”. Qol.Az-ın məlumatına görə, bu sözləri millimizin və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev AFFA-nın rəsmi internet saytına müsahibəsində söyləyib.
Avstriyadakı təlim-məşq toplanışı və yoxlama oyunları haqda fikirlərini səsləndirən qolkiper öz hazırlıq səviyyəsinə də toxunub: “Meydana çıxarkən yalnız qələbə haqqında düşünürük. Son zamanlar buraxdığım səhvlər məni ruhdan sala bilməz. Deməzdim ki, mən formadan düşmüşəm. Sadəcə olaraq daha çox məşq etməliyəm. Bir qədər zamana ehtiyacım var. İnanıram ki, biz qarşıdakı oyunlarda sərfəli nəticə verməklə öz azarkeşlərimizi sevindirəcəyik”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord