Malta millisinin kapitanı Andre Şembri UEFA Millətlər Liqasının Azərbaycanla oyunundan (1:1) sonra Qol.az-a müsahibə verib. Qarşılaşma ilə bağlı danışan 32 yaşlı hücumçu maraqlı məqamlara toxunub.
- Əvvəlcə oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Öncə demək istərdim ki, əla oyun oldu. Qrupun əsas favoritlərindən birinə qarşı oynasaq, meydanda yaxşı mübarizə apardıq. Hər iki komandanın qol imkanları oldu. Düşünürəm ki, heç-heçə bizim üçün yaxşı nəticədir.
- Paltardəyişmə otağında 1 xalı böyük coşğu ilə qeyd etdiniz. Turnir cədvəlindən xəbəri olmayan insan elə başa düşərdi ki, sanki qrupdan çıxmısınız...
- Çünki bizim üçün 1 xal çox vacib idi (gülür).
- Oyunun gedişində bir epizod oldu, az qala "Boavişta"dan keçmiş komanda yoldaşınız olan Kamranı cəzalandıracaqdınız. Həmin anı necə xatırlayırsınız?
- Hər şey çox ani oldu. Ancaq Kamran çox sürətli hərəkət etdi və fərqlənməyimə imkan vermədi.
- Hər iki oyunda Azərbaycandan xal aldınız. Bunun sirri nədədir?
- (Gülür). Açığı, bunu deyə bilməyəcəyəm. Hər oyunun öz çətinliyi var. Azərbaycan yaxşı komandadır. Düzdür, hər iki oyunda millinizdən xal aldıq. Amma hələ də inanıram ki, onlar növbəti mərhələyə vəsiqə qazanacaqlar.
- Necə düşünürsünüz, qrupun favoriti hansı komandadır: Kosovo, Azərbaycan, yoxsa Malta?
- (Gülür). Yox, Malta favorit deyil. Həm Azərbaycan, həm də Kosovo qrupda birinci yeri tutmağa layiqdirlər. Son oyun da məhz bu iki komanda arasında keçiriləcək. Düşünürəm ki, finala bərabər qarşılaşma olacaq. Həmin görüşün nəticəsinə əsasən, komandalardan biri final mərhələsinə yüksələcək.
- Bundan əvvəl Kosovo ilə oynadınız və 1:3 hesabı ilə uduzdunuz. Hansı oyun sizin üçün daha çətin alındı?
- Kosovo ilə oyun daha gərgin və sürətli keçdi. Stadion ağzına kimi dolmuşdu, meydanda sürətli oyun getdi. Amma yenə deyirəm, hər oyunun öz çətinliyi var.
- Növbəti oyununuzu evdə Kosovoya qarşı keçirəcəksiniz. Sizcə, rəqibi də büdrədə bilərsinizmi?
- Əlbəttə, evdə oynayacağımız üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Azərbaycanın yolunu açmaq üçün Kosovodan xal almağa çalışacağıq.
- Oyundan sonra Emin Mahmudovla bir xeyli söhbət etdiniz. Maraqlıdır, nəyi müzakirə edirdiniz?
- Eminlə "Boavişta"da bir yerdə oynamışıq. Onunla yaxşı münasibətlərimiz var. Hətta komandanın səfər oyunları zamanı bir otaqda qalırdıq. Ümumi söhbət etdik, öz ailələrimizdən danışdıq. Emin də Kamran kimi yaxşı oğlandır.
26 oyunda 31 qol - Video
Qrizmann qayıtdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
"Barselona"nın apellyasiya şikayəti rədd edildi
Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi
1-ci liqada daha 3 turun oyunlarının saatı müəyyənləşdi
Messi: “Dünya çempionu olmasaydım, millini tərk edəcəkdim”
“Azərlotereya”nın yeni 4 oyunu Misli.az-da
Azərbaycan millisi İrəvana getməkdən imtina etdi
Bölgə komandası çempionatdan kənarlaşdırıldı
AFFA məşqçini futboldan uzaqlaşdırıb
"Şəmkir"in futbolçusundan gözəl qol - Video
ABŞ klubu Jiru ilə razılıq əldə etdi
1-ci liqada 20-ci turun oyunlarının saatı bilindi
PFL 35 oyunun vaxtını açıqladı
4-cü Avropa Oyunları bu şəhərdə keçiriləcək
Pele və Ronaldonu geridə qoydu
Gürcüstan, vicdan və imtahan...
Baş nazir milliinin üzvlərinə orden veriləcəyini açıqladı
"Səbail"in futbolçusu oynadı, milli komandası qalib gəldi
Ronaldo 2,2 milyon dollarlıq "Ferrari"si ilə - Video
"Qarabağ" gürcü futbolçunu təbrik etdi
Kvaratsxeliya ləzginka oynadı - Video
"Mançester Yunayted" avrokuboklardan kənarda qala bilər