İspaniyaya yarımfinal üçün bir xal lazım - "Topaz"

İspaniyaya yarımfinal üçün bir xal lazım - "Topaz"
ETOPAZ 15 Oktyabr 2018 / 11:23 2156
-  A +

Yeni iş həftəsində də UEFA Millətlər Liqası həyəcanı  davam edir. Bu axşam turnirdə daha 7 oyun keçiriləcək. Hər birinin də yarış cədvəli baxımından xüsusi əhəmiyyəti var. Gecənin əsas oyunu təbii ki, İspaniya-İngiltərə qarşılaşmasıdır.

Səfərdə ingilisləri 2:1 hesabı ilə məğlub edən İspaniya bu gün öz meydanında 1 xal qazansa belə, sonrakı oyunlardan asılı olmayaraq qrup liderliyini təmin edəcək. Həmçinin "qırmızı furiya" gələn ilin yayında keçiriləcək Millətlər Liqasının yarımfinal mərhələsinə vəsiqə qazanacaq. İngilislərin isə qələbə qazanmaqdan başqa yolu yoxdur. Belə vacib görüşdə Qaret Sautgeytin komandasında Con Stounz və  Cordan Henderson cəza səbəbindən oynamayacaq.  Statistika da ispanların xeyrinədir.

Onlar İngiltərəyə qarşı "evdə" keçirdiyi son 4 oyunun hamısında qalib gəlib. 2003-cü ildən bəri isə İspaniya öz meydanında heç bir rəsmi görüşdə uduzmayıb. Beləliklə, bütün rəqəmlər və tarix İspaniya deyir. Amma İngiltərənin də sıradan bir rəqib olmadığını nəzərə almaq lazımdır. Sevilyada keçiriləcək bu maraqlı qarşılaşmaya "Topaz"da həm "təkli", həm də "canlı" mərc etmək mümkündür. Əmsallar: İspaniyanın qələbəsi 1.60, heç-heçə 3.55,  İngiltərənin qələbəsi 5.

Gecənin daha bir prinsipial qarşılaşması Tampere şəhərində keçiriləcək Finlandiya-Yunanıstan görüşüdür. Qrupda 3 matçın hamısnda qalib gələn Finlandiya ilk dövrədə səfərdə yunanları da məğlub edib. İndi Ellada ölkəsinin futbolçuları finlərdən revanş almasa, qrup qalibi olmaq şansını böyük ölçüdə itirəcək. "Topaz" bu maraqlı dueldə qonaq komandaya cüzi üstünlük verir: Finlandiyanın qələbəsi 2.65, heç-heçə 2.60,   Yunanıstanın qələbəsi 2.55. Matça həm "təkli oyun" kimi, həm də canlı mərc qəbul edilir.

Ümumiyyətlə, "Topaz"ın bu günkü proqramında yer alan 47 qarşılaşmadan 7-sinə "təkli oyun" statusu verilib. Güzəştsiz mübarizənin gedəcəyi bu oyunlarda intuisiyanıza güvənərək "Topaz" vasitəsilə qazana bilərsiniz. Təklif  bizdən, qazanmaq sizdən!!!


Son xəbərlər