"Arsenal"ın futbolçusu Fransa millisindən getdi

"Arsenal"ın futbolçusu Fransa millisindən getdi
DÜNYA FUTBOLU 15 Oktyabr 2018 / 10:22 1793
-  A +

"Qarabağ"ın Avroliqanın qrup mərhələsindəki rəqibi "Arsenal"ın futbolçusu Loren Koselni Fransa millisindəki karyerasını başa vurub.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə 33 yaşlı yarımmüdafiəçinin özü məlumat verib: "Fransa millisi üçün əlimdən gələn hər şeyi etdim. Yığmada gözəl heyət toplaşıb. Mənim üçün millidəki karyeram başa çatdı. Həmişə bu komandanın azarkeşi olaraq qalacam. Çünki ölkəmizi təmsil edir.Ancaq daha yığmada çıxış etməyəcəyəm".

Qeyd edək ki, L.Koselni 2011-ci ildən millidə oynayırdı. O, 51 matçda 1 qol vurub. L.Koselni zədə səbəbindən DÇ-2018-i buraxmışdı.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın