Güləşçimiz Olimpiya çempionu oldu

Güləşçimiz Olimpiya çempionu oldu
XƏBƏR 15 Oktyabr 2018 / 01:45 2369
-  A +

Argetinanın paytaxtı Buenos Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləş yarışlarına yekun vurulub.

Qol.az-ın xəbərinə görə, 65 kq çəkidə mübarizə aparan sərbəst güləşçimiz Turan Bayramov bütün rəqiblərinə qalib gələrək, olimpia çempionu adını qazanıb.

Dünya və Avropa çempionu ilk görüşdə Yeni Zelandiya təmsilçisini məğlub edib. Bayramov 2-ci görüşdə Pakistan güləşçisinə də rahat qalib gəlib və A qrupunda 1-ci yeri tutub.

Həmyerlimiz finalda B qrupunun qalibi olan iranlı pəhləvanla qarşılaşıb və qələbə qazanaraq qızıl medala sahib olub.

Qeyd edək ki, bu, Azərbaycanın aktivinə yazılan beşinci medal olub. Daha əvvəl cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, taekvondoçu Cavad Ağayev (63 kq) bürünc, ağır atlet Tarmenxan Babayev gümüş, güləşçi Şahanə Nəzərova (43 kq) isə bürünc medal qazanıb.

Daha çox


Son xəbərlər