Rəşad Sadıqov: «Foqtsdan sürpriz gözləyirik»

Rəşad Sadıqov: «Foqtsdan sürpriz gözləyirik»
ÖLKƏ FUTBOLU 2 İyun 2010 / 15:48 2292
-  A +

«Hər bir futbolçu mövsümün sonunda müəyyən qədər istirahət etmək haqda düşünür. Lakin milli komandanın təlim məşq toplanışları bu istəyi bir qədər uzadır». Qol.Az-ın məlumatına görə, hazırda Avstriyada təlim-məşq toplanışında Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov AFFA-nın rəsmi saytına müsahibəsində belə deyib. O bildirib ki, bu təlim məşq-toplanışları yüksək səviyyədə keçirib, istirahətə yaxşı əhval-ruhiyyədə getmək istəyirlər: « Bizdə artıq ənənə halını alıb ki, hər istirahət günündə Berti Foqtsdan yeni bir sürpriz gözləyirik. Çox maraqlı günlər keçirməklə yanaşı məşqlərə də çox ciddi hazırlaşırıq. Komandaya yeni gənc futbolçuların cəlb olunması bizi sevindirməyə bilməz. Milli komandanın belə oyunçulara çox böyük ehtiyacı var idi. Mən bir təcrübəli futbolçu olaraq onların yığma komandaya gəlməsini gözləyirdim. İnanıram ki, onların yığma komandaya böyük faydası olacaq».
R.Sadıqov milli üçün AFFA tərəfindən yaxşı şərait yaradıldığını söyləyib: «Təşkilatı işlər çox yüksək səviyyədə həyata keçirilir. Biz də özümüzü onlara borclu hiss edirik. İnşallah, daha yaxşı nəticə göstərməklə buna nail olacağıq».

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord