Mahir Mədətov Malta ilə oyundan sonra ağlayıb

Mahir Mədətov Malta ilə oyundan sonra ağlayıb
ÖLKƏ FUTBOLU 14 Oktyabr 2018 / 22:58 5917
-  A +

UEFA Millətlər Liqasının 4-cü turunda bu gün Malta ilə Bakıda keçirilən görüşdə vacib xallar itirən millimizin üzvü Mahir Mədətov oyundan (1:1) sonra göz yaşlarını saxlaya bilməyib

Qol.az-ın xəbərinə görə, bunu matçdan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Qurban Qurbanov deyib.

O, bir neçə epizodda qol imkanından istifadə edə bilməyən gənc hücumçunun paltardəyişmə otağında ağladığını bildirib.

Qeyd edək ki, komandamızın yeganə qolunun ötürməsini edən M.Mədətov əvəzlənərkən bəzi azarkeşlər tərəfindən fitə basılıb.


 

Daha çox


Son xəbərlər
18.11.18  21:19

Kavani "Real"da?

18.11.18  19:19

Millimiz Kosovoya getdi

18.11.18  12:11

Aqil Abbasın təbriki