Çeçenistanın prezidenti Ramzan Kadırov bir neçə gün öncə törətdikləri cinayət əməlinə görə həbs olunan futbolçular – Aleksandr Kokorin və Pavel Mamayevlə bağlı təklif irəli sürüb.
Qol.az-ın “Teleqram” kanalına istinadən məlumatına görə, o, istintaqın nəticəsindən asılı olmayaraq, “Axmat” klubunun hər iki oyunçunu heyətinə qatmağa hazır olduğunu bildirib. Kadırov bu yolla həm onların futbolsuz qalmamasını təmin etmək, həm də futbolçulara tərbiyə verməyin mümkün olduğunu söyləyib:
“Pavel Mamayev və Aleksandr Kokorin idmançıya yaraşmayan hərəkətlərlə gündəmə gəldilər. Onların hərəkətinə haqq qazandırmıram. Bu işlərlə istintaq və məhkəmə məşğul olur. “Axmat” klubunun rəhbərliyi ilə məsləhətləşdim, biz istənilən halda, futbolçular azadlığa buraxıldıqdan sonra onları komandada işlə təmin etməyə hazırıq”.
Çeçenistan rəhbəri bildirib ki, o, futbolçulardan yüksək səviyyədə oyun göstərmələrini gözləmir. Burada məqsəd gənc insanlara normal həyatlarına qayıtmaqda və uyğunlaşma dövrünü ağrısız keçməkdə kömək olmaqdır: “Futbolçulara təkcə oyun üslubunu aşılamaq, qol vurmaq, hücumların qarşısını almaq yollarını öyrətmək yox, həm də onları tərbiyə etmək, məşhurluğun qanunları pozmaq üçün əsas olmadığını, əksinə, bunun məsuliyyəti daha da artığını başa salmaq lazımdır”.
Qeyd edək ki, bir neçə gün öncə Moskvada sürücünü, bundan başqa, kafelərdən birində dövlət məmurlarını döyməkdə təqsirli bilinən Kokorinlə Mamayevin barəsində istintaq işi yekunlaşana qədər həbs qətimkan tədbiri seçilib. Günahları sübuta yetirələcəyi təqdirdə, onları 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı