"Messinin milliyə çağırılmaması biabırçılıqdır" - Neymar

"Messinin milliyə çağırılmaması biabırçılıqdır" - Neymar
DÜNYA FUTBOLU 14 Oktyabr 2018 / 17:18 4055
-  A +

PSJ-nin hücumçusu Neymar “Barselona”nın oyunçusu Lionel Messinin Argentina millisinə çağırılmamasına münasibət bildirib.

Qol.az-ın “Goal.com”a istinadən yaydığı xəbərə görə, braziliyalı futbolçu bunu biabırçılıq adlandırıb: “Bu, futbol üçün biabırçılıqdır. Nə qədər ki, imkan var, Messinin oyunundan zövq almalıyıq. O, nə qədər çox oynasa, futbolu sevənlər üçün bir o qədər yaxşıdır”.

Qeyd edək ki, Messi məşqçilər korpusundan bu ilin sonuna milli komandaya çağırılmamağını xahiş edib.

Son xəbərlər