Şimali Koreyanın dünya çempionatı üçün yekun heyəti

Şimali Koreyanın dünya çempionatı üçün yekun heyəti
XƏBƏR 2 İyun 2010 / 15:45 1892
-  A +

Qarşıdakı dünya çempionatında Portuqaliya, Kot d`ivuar və Braziliya ilə G qrupunda yer alan Şimalı Koreya yığmasının mundial üçün yekun heyəti açıqlanıb. Qol.Az-ın məlumatına görə, şimali koreyalılar DÇ-də aşağıdakı futbolçularla mübarizə aparacaq:
Qapıçılar: Kim Monq Cil (“Amrokqanq”), Kim Monq Vol (“Amrokqanq”), Ri Monq Quk (“Ponqyanq Siti”);
Müdafiəçilər: Ça Yonq Hok, Pak Nam Çol, Pak Çol Cin (hamısı “Amrokqanq”), Ri Yun İl (“Sobaeksu”), Ri Kvanq Çon, Nam Sonq Çol ( hər ikisi “25 aprelya”), Ri Kvanq Hok (“Kionqqonqop”);
Yarımmüdafiəçilər: Ci Yum Nam, Mun İn Quk, Pak Nam Çol (hamısı “25 aprelya”), Pak Sun Hok (“Sobaeksu”), Kim Yonq Cun, Ri Çol Monk (hər ikisi “Ponqyanq Siti”), An Yonq Hak (“Omiya Ardidja”), Kim Konq İl (“Rimionqsu”);
Hücumçular: An Çol Hek (“Rimensu”), Ço Kum Çol, Kim Kum İl (hər ikisi “25 aprelya”), Hon En Ço (“Rostov”, Rusiya), Yon Tae Ce (“Kavasaki Frontale”, Yaponiya).


Son xəbərlər