"Qarabağ" – "Vorskla": 5 min bilet satılıb

"Qarabağ" – "Vorskla": 5 min bilet satılıb
ÖLKƏ FUTBOLU 14 Oktyabr 2018 / 15:56 4101
-  A +

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Qarabağ” – “Vorskla” oyununa bilet satışı davam edir.

Qol.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, artıq qarşılaşmaya 5 min bilet satılıb.

Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür. Biletlərin qiymətləri müvafiq sektorlara görə 2, 4, 8, 10 və 50 (VİP) AZN arasında dəyişir.

Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Vorskla” matçı 20:55-də başlayacaq.

Daha çox


Son xəbərlər