UEFA yığmamızın oyununa təyinatları açıqladı

UEFA yığmamızın oyununa təyinatları açıqladı
ÖLKƏ FUTBOLU 14 Oktyabr 2018 / 10:48 1904
-  A +

U-21 yığmamızın Avropa çempionatının seçmə mərhələsinin Norveçlə səfər oyununa təyinatlar açıqlanıb.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, görüşü bolqarıstanlı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Volen Çinkov olacaq. Ona Deniz Sokolov və Miroslav Maksimov köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Nikolay Yordanov yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 16-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki