"İkinci hissədə əsl ailə kimi oynadıq" – Simeon Slavçev

"İkinci hissədə əsl ailə kimi oynadıq" – Simeon Slavçev
XƏBƏR 14 Oktyabr 2018 / 10:31 3134
-  A +

“Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev Bolqarıstan millisinin heyətində UEFA Millətlər Liqasının 3-cü turunda Kipr üzərində qazandıqları əzmkar qələbəni şərh edib.

Qol.az-ın “topsport.bg” saytına istinadən yaydığı xəbərə görə, 25 yaşlı futbolçu ilk hissədə yaxşı oynamasalar da, ikinci yarıda əsl xarakter göstərdiklərini bildirib:

“Mənə görə, ilk hissədə ailə kimi oynamadıq. Fasilədən sonra isə  bolqar ruhunu göstərdik. Meydanda əsl ailə olduq, sonadək vuruşduq və layiqli qələbə qazandıq”.

Qeyd edək ki, Kiprlə oyunda hesabı qonaqlar açsa da, ikinci hissədə 2 qol vuran Bolqarıstan millisi əzmkar qələbə qazanıb. 3 oyundan 9 xal toplayan Slavçevin komandası turnir cədvəlinə başçılıq edir.

Son xəbərlər