Cəbəllütariq ilk qələbəsini Ermənistan üzərində qazandı - rəsmi oyunlarda

Cəbəllütariq ilk qələbəsini Ermənistan üzərində qazandı - rəsmi oyunlarda
XƏBƏR 14 Oktyabr 2018 / 00:18 4916
-  A +

UEFA Millətlər Liqasının D liqasının 4-cü qrupunda Ermənistanın qonağı olan Cəbəllütariq yığması gözlənilməz qələbə (1:0) qazanıb.

Qol.az-ın məlumatına görə, bu nəticə komandanın rəsmi görüşlərdəki ilk qalibiyyəti kimi tarixə düşüb. Buna qədər 22 matçda qapısından 107 top buraxan Cəbəllütariq millisinin yoldaşlıq matçlarında isə 2 qələbəsi var.

Onlar 2014-cü ildə Maltanı, 3 il sonra isə Latviyanı eyni hesabla (1:0) məğlub ediblər.

Son xəbərlər