"Azarkeşlərin sayının çox olmasını istərdik" - Maksim Medvedev

"Azarkeşlərin sayının çox olmasını istərdik" - Maksim Medvedev
ÖLKƏ FUTBOLU 13 Oktyabr 2018 / 19:56 3690
-  A +

"Uzaq səfərdən vacib qələbə ilə dönmüşük. Ancaq Malta ilə qarşılaşma daha əhəmiyyətli olacaq. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Sabah meydanda yaxşı oynayacağımıza və vacib xallar qazacağımıza inanıram".

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin futbolçusu Maksim Medvedev UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunda Malta ilə ev oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

"Əlbəttə, azarkeşlərin sayının çox olmasını istərdik və ümid edirik ki, Farer adaları ilə oyundakı qələbədən sonra tribunada bizi izləyənlərin sayında artım olacaq” - deyə o bildirib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç sabah saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər