"Azərbaycan millisinə qarşı öz planlarımız var" - Maltanın kapitanı

"Azərbaycan millisinə qarşı öz planlarımız var" - <b style="color:red"> Maltanın kapitanı</b>
ÖLKƏ FUTBOLU 13 Oktyabr 2018 / 18:33 2006
-  A +

"Malta kimi ölkə üçün asan oyun olmur. Sabahkı matç da çətin keçəcək. Amma bizim öz planlarımız var. Taktiki cəhətdən yaxşı hazırlaşmışıq və əhval-ruhiyyəmiz yüksəkdir"

Qol.az-ın məlumatına görə, bu sözləri Malta yığmasının müdafiəçisi Andre Aqius UEFA Millətlər Liqasının 4-cü turunda yığmamızla keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Kosovonu qrupun ən güclüsü adlandıran komandanın kapitanı bunları əlavə edib: "Kosovonu gələcəkdə C liqasında görürəm. Onların futbolçularının hansı klublarda oynadığını bilirsiniz. Biz üzərimizdə işləməli və təkmilləşməliyik. Hər bir Malta vətəndaşı da bizə dəstək olmalıdır. Qrupda hər 3 matçda qol vursaq da, sonuncuyuq. Səhvlərimizin üzərində işləməliyik".

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.

 

Daha çox


Son xəbərlər
17.10.18  21:15

Mane əməliyyat olundu

17.10.18  20:30

Venger qayıdır

17.10.18  18:33

Mourinyo cəzalandı