İsveçrə DÇ-yə 3 türk futbolçu və Cavadovun komanda yoldaşıyla gedir

İsveçrə DÇ-yə 3 türk futbolçu və Cavadovun komanda yoldaşıyla gedir
XƏBƏR 2 İyun 2010 / 14:48 1927
-  A +

Dünya çempionatının daha bir iştirakçısı - İsveçrə millisinin də mundiala yollanacaq heyəti müəyyənləşib. Qol.Az-ın məlumatına görə, baş məşqçi Otmar Hitsfeld CAR-da keçiriləcək yarışa cəmi 5 hücumçu aparmağa qərar verib. Üç türk əsilli futbolçu – Eren Derdiyok, Gökhan İnlər və Hakan Yakını da “23-lüy”ə daxil edən almaniyalı baş məşqçi Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovla eyni klubda çıxış edən Blez N`Kufo da mundiala yollanır.
Qapıçılar: Dieqo Benalyo (“Volfsburq”, Almaniya), Marko Volfli (“Yanq Boyz”), Conni Leoni (“Sürix”);
Müdafiəçilər: Mario Eggimann (“Hannover”, Almaniya), Stefan Qrixtinq (“Oser”, Fransa), Stefan Lixtştayner (“Latsio”, İtaliya), Lüdovik Manyin (“Sürix”), Filipp Senderos (“Arsenal”, İngiltərə), Stiv fon Bergen (“Herta”, Almaniya), Reto Tsiqler (“Sampdoriya”, İtaliya);
Yarımmüdafiəçilər: Trankvillo Barnetta (“Bavariya”, Almaniya), Valon Behrami (“Vest Hem”, İngiltərə), Jelson Fernandes (“Sent-Etyen”, Fransa), Bencamin Hyuggel (“Bazel”), Gökhan İnlər (“Udineze”, İtaliya), Marko Padalino (“Sampdoriya”, İtaliya), Pirmin Şveqler (“Ayntraxt”, Almaniya), Cerdan Şaçiri (“Bazel”);
Hücumçular: Albert Bunyaku (“Nürnberq”, Almaniya), Eren Derdiyok (“Bavariya”, Almaniya), Aleksandr Fray (“Bazel”), Blez N`Kufo (“Tvente”, Hollandiya), Hakan Yakın (“Lütsern”).

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın