"Azərbaycan və Kosovo milliləri arasında ciddi fərq yoxdur" - Farruciya

"Azərbaycan və Kosovo milliləri arasında ciddi fərq yoxdur" -  Farruciya
ÖLKƏ FUTBOLU 13 Oktyabr 2018 / 17:48 3608
-  A +

"Sabah çox çətin oyun olacaq. Üç gün ərzində ikinci səfər oyunumuza çıxacağıq. Bundan başqa, Farer adaları üzərində qələbə Azərbaycan millisi üçün böyük motivasiyadır".

Qol.az-ın xəbərinə görə, bu sözləri Malta millisinin baş məşqçisi Rey Farruciya UEFA Millətlər Liqasının 4-cu turunda Azərbaycan millisi ilə sabah Bakıda keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında  deyib.

- Kosovo ilə görüşdə 1:1 hesabını qoruya bilmədiniz və məğlub oldunuz. Oyundan hansı nəticələri çıxardınız?

- Kosovo çox çətin komandadır. Azərbaycan da həmçinin. Səhv etməməyə çalışacağıq. Müdafiədə kompakt oynamaq lazımdır.

- Malta hazırda qrupda sonuncu yerdədir. Rəqiblərlə aradakı xal fərqi artacaq?

- Aramızdakı xal fərqinin get-getdə artacağını deməzdim. Mən yeni komanda qurmağa başlamışam. Bu, bizim üçün keçid dövrüdür. Heyətə 4-5 nəfər gənc futbolçu cəlb etmişik.

- Heyətdə zədəlilər var?

- Zədəlilərimiz yoxdur. Amma iki önəmli futbolçumuz - Zak Muskat və Luk Qambin bizimlə deyil. Maykl Mifsud isə cəzalıdır.

- Kosovo və Azərbaycanı necə müqayisə edərdiniz?

- İlk oyuna baxmışam. Komandalar arasında ciddi fərq yoxdur. Amma Azərbaycan bu rəqiblə səfərdə oynaycaq. Çətin olacaq.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı