“Oyundan əvvəl 20 dəfə tualetə qaçan futbolçudan lider ola bilməz” – Maradona Messi haqda

“Oyundan əvvəl 20 dəfə tualetə qaçan futbolçudan lider ola bilməz” –  Maradona Messi haqda
ÖLKƏ FUTBOLU 13 Oktyabr 2018 / 17:30 6070
-  A +

Dünya futbolçunun canlı əfsanəsi Dieqo Maradona daha bir maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, veteran hücumçu Argentina millisi və “Barselona”nın kapitanı Lionel Messini tənqid edib.

Hazırda Meksikanın "Dorados de Sinaloa" klubunu çalışdıran 57 yaşlı argentinalı məşqçi iradəsi zəif olan Messidən komandaya liderlik etməsini gözləməyin mənasız olduğunu biildirib: “Gəlin daha Messini ilahiləşdirməyək. Bunu demək mənə çətindir, amma oyundan əvvəl 20 dəfə tualetə qaçan futbolçudan lider olmaz. “Barselona”da bir Messi oynayır, Argentina millisində başqa Messi. Messi əla futbolçudur, amma başa düşmür ki, ondan lider olmaz”.

Qeyd edək ki, Messi dünya çempionatındakı zəif çıxışından sonra Argentina millisi ilə heç bir oyuna çıxmayıb.   

Daha çox


Son xəbərlər