"Zirə" və "Səbail"in legionerləri millidə qələbəyə sevindi

"Zirə" və "Səbail"in legionerləri millidə qələbəyə sevindi
XƏBƏR 13 Oktyabr 2018 / 15:48 2198
-  A +

"Zirə”nin hücumçusu Aleksandr Dedov  və "Səbail”in yarımmüdafiəçisi Yevgeni Koçuk Moldova millisinənövbəti oyunlarını keçirib.

Qol.az-ın xəbərinə görə, futbolçular Moldova yığmasının Millətlər Liqasının 3-cü turunda  San-Marino üzərində qələbəsində pay sahibi olub.

Yevgeni Koçuk 2:0 hesabı ilə başa çatan görüşdə 90 dəqiqə meydanda olub. “Zirə”nin legioneri isə oyuna fasilədən sonra daxil olub.

Qeyd edək ki, ilk qələbəsini qazanan Moldova xal hesabını 4-ə çatdırıb və 3-cü pillədə qərarlaşıb.

Son xəbərlər