Malta millisi Bakıda ilk məşqinə çıxdı - Şəkillər

Malta millisi Bakıda ilk məşqinə çıxdı - Şəkillər
ÖLKƏ FUTBOLU 13 Oktyabr 2018 / 11:24 3264
-  A +

UEFA Millətlər Liqasının 4-cü turunda millimizin qonağı olacaq Malta yığması Bakıda ilk məşqinə çıxıb.

Qol.az-ın Malta Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, məşq  "Neftçi”nin ev oyunlarını keçirdiyi "Bakcell Arena”da olub.  Hazırlıqda 3-cü  turda Kosovo ilə matçda oynamayanlar iştirak edib, digərləri isə oteldə bərpa məşğələləri keçib.

Xəbərdə o da qeyd olunub ki, futbolçu Jozef Zerafanın artıq cəzasının müddəti başa çatıb. Kosovo ilə qarşılaşmada qırmızı vərəqə alan kapitan Maykl Mifsudun isə bu matçda iştirak edə bilməyəcəyi vurğulanıb. Digər oyunçuların hazır olduğu bildirilib.

Qeyd edək ki, Azərbaycan - Malta görüşü sabah saat 20:00-da başlayacaq.








Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı