UEFA PSJ – “Srvena Zvezda” matçı ilə bağlı araşdırmaya başladı - danışılmış oyundur?

UEFA PSJ – “Srvena Zvezda” matçı ilə bağlı araşdırmaya başladı - danışılmış oyundur?
DÜNYA FUTBOLU 13 Oktyabr 2018 / 09:45 3989
-  A +

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda keçirilən PSJ – “Srvena Zvezda” oyunu ilə bağlı araşdırmaya başlayıb.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb matçın danışılmış oyun olmağı ehtimalıdır. "Srvena Zvezda” nümayəndələrinin görüşdən əvvəl Paris klubunun 5 top fərqi ilə qalib gəlməsinə 5 milyon avro pul qoyduğu iddia olunub. Bununla bağlı "L'Equipe" nəşri UEFA-nı məlumatlandırıb. Bundan sonra məsələ ilə əlaqədar araşdırmaya başlanıb.

PSJ özünün rəsmi "Tvitter" səhifəsində yazılanlarla bağlı heç bir əlaqəsinin  olmadığını yazıb: "Klub şübhələrdə dolayı və birbaşa yolla iştirakını rədd edir. Biz istintaqla bağlı əməkdaşlıq etməyə hazırdır".

Qeyd edək ki, PSJ - "Srvena Zvezda" görüşü meydan sahiblərinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord