Honduras millisinin futbolçusu Azərbaycan klublarının maraq dairəsinə düşdü

Honduras millisinin futbolçusu Azərbaycan klublarının maraq dairəsinə düşdü
ÖLKƏ FUTBOLU 2 İyun 2010 / 14:00 2651
-  A +

Honduras milli komandasının futbolçusu Valter Martines Azərbaycan klublarının maraq dairəsinə düşüb. Qol.Az-ın Hondurasın “Tiempo” nəşrinə istinadən verdiyi məlumata görə, hazırda sərbəst agent olan Martines karyerasını Azərbaycanda davam etdirə bilər. Futbolçunun meneceri Manrike Amador məlumatı təsdiqləyib. Bildirib ki. Azərbaycanın iki klubu bu gün keçiriləcək Hondurasla yoldaşlıq matçında Martinesin oyununu izləyəcək. Amma M.Amador həmin klubların adlarını açıqlamaq istəməyib. Futbolçuyla danışıqların aparıldığını vurğulayan menecer Martinesin Azərbaycanda oynamaq ehtimalının böyük olduğunu vurğulayıb.
Qeyd edək ki, hazırda Azərbaycanda Hondurasdan bir futbolçu - «Xəzər Lənkəran»la Alan Lalin çıxış edir.   

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord