"Monako"da Jardimin yerinə 5 namizəd

"Monako"da Jardimin yerinə 5 namizəd
XƏBƏR 12 Oktyabr 2018 / 15:20 1948
-  A +

Bir neçə gün öncə Leonardo Jardimi istefaya göndərən “Monako”da baş məşqçi vəzifəsinə əsas namizədlər müəyyənləşib.

Qol.az-ın “France Football” nəşrinə istinadən yaydığı xəbərə görə, hazırda 5 mütəxəssisin Liqa 1 təmsilçisini çalışdıra biləcəyi iddia olunur. Belçika millisində Roberto Martinesin köməkçisi olan Tyerri Anridan başqa, Rui Fariya, Joslen Qurvennek, David Trezeqe və Arsen Venherin də adları var.

Qeyd edək ki, “Monako” vaxtından əvvəl istefaya göndərdiyi Jardimə 7 milyon avro təzminat ödəyəcək.

 

Daha çox


Son xəbərlər
18.12.18  18:27

Zidandan rədd cavabı