"Azərbaycana məğlubiyyəti unutmalıyıq" – Farer adalarının kapitanı

"Azərbaycana məğlubiyyəti unutmalıyıq" – Farer adalarının kapitanı
XƏBƏR 12 Oktyabr 2018 / 14:45 2523
-  A +

“Ev oyununda bu cür hesabla uduzmaq məyusedicidir. Ancaq artıq bu matçı unudub, bərpa prosesini keçməliyik. Çünki qarşıda Kosovo ilə görüş var”.

Qol.az-ın məlumatına görə, bu sözləri Farer adaları yığmasının kapitanı Atli Qreqersen federasiyanın rəsmi saytına açıqlamasında deyib. Dünən UEFA Millətlər Liqasının 3-cü turunda evdə millimizə 0:3 hesablı məğlubiyyəti şərh edən futbolçu buna oyun təcrübəsinin azlığını səbəb göstərib:

“Bəzi futbolçularımızın oyun təcrübəsi azdır. Azərbaycan millisinin üzvləri isə öz klublarında daim oynayırlar. Düzdür, qrupdan çıxmaq şansımız azdır. Amma nikbinliyimizi qorumalıyıq”.

Daha çox


Son xəbərlər