Riçard birinci, Qara üçüncüdür

Riçard birinci, Qara üçüncüdür
XƏBƏR 12 Oktyabr 2018 / 13:38 3542
-  A +

Milli komandamızın üzvləri Riçard Almeyda və Qara Qarayev UEFA Millətlər Liqasının 3-cü turunun ilk oyun günündən sonra ən çox dəqiq ötürmə verən futbolçuların siyahısında ilk 3-lükdə qərarlaşıblar.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, braziliyalı milliləşmiş yarımmüdafiəçi 3 oyunda 215 dəqiq ötürmə ilə siyahıya başçılıq edi. Qarayev isə 3-cü pillədə yer alır. Onun ehtiyatında 201 ötürmə var. “Qarabağ”ın futbolçusu İspaniya millisinin üzvü Serxio Ramosdan cəmi 3 ötürmə az edib.

Qeyd edək ki, D liqasında mübarizə aparan millimiz dünən səfərdə Farer adalarına 3:0 hesabı ilə qalib gəlib.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord