Useyn Boltun futbolda ilk qolları - Yenilənib+video

Useyn Boltun futbolda ilk qolları - Yenilənib+video
DÜNYA FUTBOLU 12 Oktyabr 2018 / 15:58 5845
-  A +

Yüngül atletika üzrə səkkiz dəfə olimpiya çempionu,  Avstraliyanın A liqasında mübarizə aparan "Sentral Kost Mariners" komandasının hücumçusu Useyn Bolt futbolda ilk qollarını vurub.

Qol.az-ın klubun rəsmi Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, "Makartur Saut Vest Yunayted" klubuna qarşı yoldaşlıq oyununda start heyətində meydana çıxan Bolt dubl edib. Görüş isə "Sentral Kost Mariners"in 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçdan sonra vurduğu qollarla bağlı təəssüratlarını bölüşən yamaykalı sevincli olduğunu gizlətməyib: "İlk dəfə start heyətində meydana çıxdığım oyunda 2 qol vurdum. Təəssüratlarım əladır. Şadam ki, bura gəlib, bütün dünyaya inkişaf etdiyimi göstərirəm. "Mariners"də oynamaq, meydana çıxmaq və öz bacarığımı göstərmək istəyirəm". 

Qeyd edək ki, Useyn Bolt bu yay sözügedən klubun heyətinə qatılmaqla futbolçu karyerasına başlayıb.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı