“Azərbaycanla çətin olacaq” – Maltanın baş məşqçisi

“Azərbaycanla çətin olacaq” – Maltanın baş məşqçisi
ÖLKƏ FUTBOLU 12 Oktyabr 2018 / 12:14 3822
-  A +

Malta millisinin baş məşqçisi Rey Farruciya UEFA Millətlər Liqasında səfərdə Kosovoya 1:3 hesabı ilə uduzduqları oyunla bağlı fikirlərini bildirib.

Qol.az-ın xəbərinə görə, matçdan sonra təşkil olunan mətbuat konfransında o bildirib ki, futbolçuları yaxşı nəticə qazanmaq üçün hər şeyi etsə də, bəzi səhvlər məğlubiyyətə gətirib çıxarıb.

“Kosovo qələbəyə layiq idi” deyən 63 yaşlı mütəxəsis futbolçularından razı qaldığını söyləyib: “Yaxşı nəticə qazanmaq üçün hər şeyi etdik. Gənc futbolçularımız da yaxşı mübarizə apardılar. Ancaq Kosovo ilk hissədə çox yaxşı oynadı. İkinci hissədə hesabı bərabərləşdirsək də, qırmızı vərəqə almağımız oyun planımızı pozdu. Kosovonun qələbəni haqq etdiyini deyə bilərəm”.

Farruciya oktyabrın 14-də Bakı Olimpiya Stadionunda Azərbaycan millisi ilə keçirəcəkləri oyunun da çətin olacağını bildirib: "Kapitanımız Maykl Mifsud qırmızı vərəqə aldığı üçün Bakıda keçirəcəyimiz görüşdə iştirak etməyəcək. Bu da bizim üçün əlavə problemdir. Bizi Azərbaycana qarşı çətin oyun gözləyir. Futbolçularımız qısa müddətdə bərpa prosesi keçib, həmin görüşə tam olmalıdırlar”.

Qeyd edək ki, 3 turdan sonra Kosovo 7 xalla 1-ci yerdədir. Azərbaycanın 5, Farer adalarının 3, Maltanın isə 1 xalı var.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı