Kapitan millimizə qarşı oynamayacaq

Kapitan millimizə qarşı oynamayacaq
XƏBƏR 12 Oktyabr 2018 / 10:29 1852
-  A +

Oktyabrın 14-də UEFA Millətlər Liqasının 4-cü turunda millimizin qonağı olacaq Malta yığması Bakıya ciddi itki ilə gələcək.

Qol.az-ın məlumatına görə, komandanın kapitanı Maykl Mifsud paytaxtımızdakı qarşılaşmada meydana çıxa bilməyəcək. Dünən Kosovo ilə səfər oyununun (1:3) 70-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydandan qovulan hücumçu cəzalı duruma düşüb. Belədə o millimizlə matçı buraxmalı olacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Malta oyunu saat 20:00-da başlayacaq.


Son xəbərlər