"Yaxşı oyun alındı. Çalışırdıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirək".
Qol.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov UEFA Millətlər Liqasında Farer adalarına 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
"Fikrimcə, baş məşqçinin tapşırıqlarını uğurla yerinə yetirdik. Önəmli deyil, qol vurdum, ya yox. Əsas qələbə qazanmaq və Azərbaycan futbolsevərlərini sevindirmək idi. Bu matçı unudub Malta ilə qarşılaşmaya köklənməliyik" - deyə o bildirib.
Rüfət 4 illik fasilədən sonra millimizə dönüşünü qol ötürməsi ilə qeyd edib. Onun ötürməsindən sonra D.Nazarov fərqlənib. Dadaşov bu qolu belə şərh edib: "Dəqiq bilirdim ki, həmin mövqeyə Dmitri Nazarov açılacaq. Fiziki durumumuza gəlincə, Maltayla matçadək bərpa oluna bilərik. Axı, biz peşəkarıq. Kosovoya çatmağa gücümüz var. Qrupda 1-ci yer uğrunda mübarizə aparacağıq".
Qeyd edək ki, hazırda qrup lideri olan Kosovodan 2 xal geri qalan millimiz Maltanı oktyabrın 14-də Bakı Olimpiya Stadionunda qəbul edəcək.
Manenin evi soyuldu
Neymar Braziliyaya gedir
"Beşiktaş" onu göndərir
"Şalke" - "Mançester Siti": heyətlər
"Atletiko" - "Yuventus": heyətlər
Avroliqada ilk 1/8 finalçı müəyyənləşdi
"Real" Beyli satmağa hazırdır
"Qəbələ" - "Keşlə" : 48-ci duel
"Bizə ardıcıl 3-4 oyunda qələbə lazımdır" - Sarri
İkardi tibbi müayinədən keçdi
Bundesliqada 22-ci turun ən gözəl qolları - Video
"Qarabağ" "Sabah" üçün başladı
Kavani məşqlərə başladı
Əli polislə bağlı açıqlamasına görə cəzalandırıldı
Xedira ürəyindən əməliyyat olundu
Emil Balayevdən inamlı oyun - Video
Klublar Komitəsi sədr seçəcək
"Benfika" baş məşqçisi ilə bağlı qərar verdi