“Futbolçularımı təbrik edirəm. Bizim üçün çox vacib qələbə idi. Oyunöncəsi mətbuat konfransında heç bir çətinlik haqda düşünməməliyik, demişdim. Amma bu gün çətinlik həddən artıq çox oldu. Buna baxmayaraq, lazımi xarakter göstərdik. 3 gündən sonra bizi vacib oyun gözləyir. Çətin səfərdən sonra hazırlığı bərpa edib, Malta ilə oyuna ən vacib matç kimi çıxmalıyıq".
Qol.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov səfərdə Farer adalarına 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının III tur matçından sonra mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Bugünkü nəticələrdən sonra əsas mübarizənin Azərbaycanla Kosovo arasında gedəcəyini düşünmək olar?
- Qətiyyən deməzdim. Bu gün asan komandanın ümumiyyətlə olmadığını bir daha göstərdik. Rəqib uduzsa da, ciddi müqavimət göstərdi. Farer adaları meydanda nə etdiklərini yaxşı bilir. Malta Kosovo ilə oyunda 1:1 hesablı heç-heçə etdiyi vaxt qırmızı vərəqə alıb və bundan sonra uduzub. Qrupdakı istənilən komanda qələbəyə qadirdir.
- Rahil Məmmədovu start heyətdə buraxarkən, bunu riskli addım saymadınız?
- Səbəblər çox idi. Standart vəziyyətlərdə və uzun toplarda rəqib həddən artıq təhlükəli idi. Digər tərəfdən, Rahili qazanmaq istəyirik. Onun potensialı böyükdür. Bu gün oynamağa layiq idi. Bəlkə riskli addım idi, amma ona güvənərək meydana buraxdım. Özünü yaxşı tərəfdən göstərdi. Gələcəkdə də belə addımlar atmalı, yeni oyunçuları düşünmədən meydana buraxmalıyıq.
- İlk 15-20 dəqiqə Azərbaycan yığması üçün ağır keçdi. Bu, rəqibin erkən qol istəyi idi, yoxsa düşünülmüş plan?
- Biz də oyuna aktiv başlamaq istəyirdik. Lakin meydan sahibləri azarkeşlərin dəstəyi ilə irəli atıldılar. Bizdə isə texniki səhvlər çox oldu. Rəqib özü də ilk dəqiqələrdən qol vurmaq istədiyini bildirmişdi. Biz isə tədricən oyunu ələ almağa və qollar vurmağa başladıq. Rəqib uduzsa da, ciddi müqavimət göstərdi.
- Rüfət Dadaşov rəhbərliyiniz altında ilk matçına çıxdı. Oyunundan nə dərəcədə razı qaldınız?
- Rüfəti əsas heyətdə buraxmaqda bir qədər risk etdim. Çünki son çempionat oyunundan bir həftə əvvəl səhhətində problem yaranmışdı. Bununla belə, baş məşqçisi meydanda 90 dəqiqə saxlamışdı. Lakin məşqlərdə özünü pis hiss etmədiyini və oyunçularla anlaşmasının yaxşı olduğunu gördüm. Bugünkü çıxışından da razı qaldım. Lakin bu, onun hələ optimal forması deyil. Düşünürəm ki, gələcəkdə özü də işini sevə-sevə yerinə yetirəcək.
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik
Bellinqem: "Oyunun sonunda ayaqlarım ölmüşdü"
Tovuz ilk dəfə avrokubok oyununu qəbul edə bilər
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
Arteta: "Çempionlar Liqasında oynamağı öyrənməliyik"
"Narazılıq olub, təhqir olmayıb"
Noyerdən yeni rekord
AFFA-dan hakimi təhqir edən futbolçuya cəza
"Qəbələ"nin meneceri cəzalandırıldı
AFFA-dan cəza və cərimələr
"Roma" De Rossi ilə bağlı qərarı rəsmən açıqladı
Ançelotti: "Mərhələ adlayacağımıza əmin idik"
Azərbaycan U-17 millisi İnkişaf turnirində iştirak edəcək
Avrokubokun oyunları bu kanallarda
Qvardioladan məğlubiyyət şərhi
Dembele, Valverde, Kimmix, Brandt...
"Real"ın yarımfinala penaltilərlə yüksəldiyi oyun - Video
"Bavariya" və "Real" yarımfinalda
UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi
Bundesliqanın ən yaşlı futbolçusu karyerasını başa vurur
"Roma"nın müdafiəçisi "Milan"a qarşı oynamayacaq
Kvaratsxeliya "Napoli"nin məşqini buraxdı
MOİK-ə 3 xal qazandıran qollar - Video
"Barselona"nın futbolçusu: "Çox peşmanam"
"Şamaxı"nın 6 qolu - Video
"Şamaxı" və MOİK-dən qələbə
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
ÇL-in oyunlarını göstərəcək kanallar
"İmişli"nin şikayəti qismən təmin olundu
"Real"dan zəng gələndə iki dəfə düşünmədim"
1-ci liqanın mərkəzi oyunu FİFA referisinə tapşırıldı
Gündoğan: "Hakim penalti verməli idi"