Farer adaları – Azərbaycan oyunu təxirə salına bilər

Farer adaları – Azərbaycan oyunu təxirə salına bilər
ÖLKƏ FUTBOLU 11 Oktyabr 2018 / 21:18 6610
-  A +

UEFA Millətlər Liqasının üçüncü turunda bu gün keçirilməsi nəzərdə tutulan  Farer adaları - Azərbaycan oyunu təxirə salına bilər.

Qol.az-ın Farer adalarına ezam olunmuş müxbirinin verdiyi məlumata görə, buna səbəb dumanlı hava şəraitidir. Hazırda "Torsvollur” stadionunu qatı dumana bürünüb və çiskinli hava hökm sürür.

Qeyd edək ki, UEFA-nın qaydalarına əsasən bir qapıdan digər qapı görünmürsə, oyun təxirə salınmalıdır.

Xatırladaq ki, Farer adaları – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlamalıdır.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı