"Barselona" "Ayaks"la danışıqlara başladı

"Barselona" "Ayaks"la danışıqlara başladı
XƏBƏR 11 Oktyabr 2018 / 20:03 2313
-  A +

"Ayaks"ın müdafiəçisi Mateys de Liqt karyerasını “Barselona”da davam etdirə bilər.

Qol.az-ın “Mundo Deportivo” nəşrinə istinadən yaydığı xəbərə görə, Kataloniya klubu artıq 19 yaşlı futbolçunun keçidi üçün Amsterdam təmsilçisi ilə danışıqlara başlayıb. Gənc oyunçunun özünün də İspaniya nəhənginə keçmək istədiyi iddia olunur.

Qeyd edək ki, “Ayaks”ın öz yetirməsi olan de Liqt 2016-cı ildə əsas komandada debüt edib. Bu mövsüm Hollandiya çempionatında 7 oyunun hamısında əsas heyətdə meydana çıxan müdafiəçi 1 qol vurub.
 

Daha çox


Son xəbərlər
15.12.18  14:11

Navas "Real"da qalır

14.12.18  22:33

Roys birinci oldu

14.12.18  21:05

Yalquzaq