"Tottenhem"də ciddi itki

"Tottenhem"də ciddi itki
XƏBƏR 11 Oktyabr 2018 / 19:25 1591
-  A +

“Tottenhem” ciddi itki ilə üzləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, London təmsilçisinin müdafiəçisi Yan Vertongen sıradan çıxıb. İngiltərə Premyer Liqasının 7-ci turunun “Haddersfild”lə oyununda (2:0) zədələnən 31 yaşlı futbolçunun dizaltı vətərində problem aşkarlanıb.

Belçikalı oyunçunun dekabr ayından tez meydana qayıtmayacağı bildirilib.

Daha çox


Son xəbərlər