“İnter”in qapıçısı qız üstündə dava salıb

“İnter”in qapıçısı qız üstündə dava salıb
XƏBƏR 2 İyun 2010 / 12:45 2286
-  A +

"İnter"in gürcü qapıçısı Georgi Lomaya klubun rəsmi internet saytına müsahibə verib. Qol.Az həmin müsahibə ilə sizi də tanış edir.
- Hansı geyim markalarına üstünlük verirsən?
- Çox vaxt idman stilindən istifadə edirəm. Geyimin hansı markadan olması önəmli deyil. Əsas odur ki, rahat olsun və insana yaraşsın.
- Hansı mətbəxə üstünlük verirsən və hansı yeməkdən xoşun gəlir?
- Gürcü mətbəxinə üstünlük verirəm. Yəqin ki, uşaqlıqdan öyrəşmişəm. Yeməklərdən sortivi, kupati, xinqali, xaçapuri. Pörtlədilmiş çoşqadan da xoşum gəlir, amma onu sizlər yemirsiniz.
- Boş vaxtını necə keçirirsən?
- Əsasən dostlarımla oluram. Amma hazırda boş vaxtım az olduğu üçün vaxtımı ailəmə həsr edirəm.
- Harada dincəlməyi sevirsən?
- Özümkülərlə hər yerdə yaxşıdır.
- Hansı avtomobil markalarından xoşun gəlir?
- "Mersedes" markasından xoşum gəlir. Düzdür, "Ferrari" və "Lamborcini" kimi yaxşı maşınlar da var. Amma belə baxanda "Mersedes" hamısından yaxşıdır.
- Hansı kitabları oxuyursan və filmlərə baxırsan?
- Kitab oxumağa vaxtım olmur. Tarixi kinofilmlərdən xoşum gəlir. Mənim ən çox sevdiyim "Bir dəfə Amerikada", "Cəsur ürək" və "Xaç atası" kinofilmləridir.
- Qız üstündə nə vaxtsa dalaşmısan?
- Uşaqlıqda olub.
- Uşağın peşəkar idmançı olsa, buna etiraz etməzsən?
 - Yox, etiraz etmərəm. Amma mən istəməzdim ki, o, qapıçı olsun. Yaxşısı budur, hücumçu olsun.
- Özünü harada rahat hiss edirsən?
- Evdə, ailəmin yanında olanda.


Son xəbərlər