İki gün öncə Moskvadakı kafelərdən birində nazirlik əməkdaşlarını döyən “Zenit”in hücumçusu Aleksandr Kokorin və “Krasnodar”ın yarımmüdafiəçisi Pavel Mamayev baş vermiş hadisə ilə bağlı ifadə veriblər.
Qol.az-ın “Komsomolskaya pravda” nəşrinə istinadən yaydığı xəbərə görə, həbs olunan futbolçular insidentin dövlət müfəttişlərinin onları təhqir etməsindən sonra yaşandığını bildiriblər:
Aleksandr Kokorin hər şey şişirdildiyini söyləyib: "Biz yalnız pivə içmişik. Narkotika qəbul etməmişik. Hər şey oyundan, yuxusuz gecədən sonra olub. Peşman olduğumu etiraf etdim. Qorxursunuz ki, sizə də stul ataram? Qorxmaq lazım deyil, burada stul yoxdur. Bütün oturacaqlar yerə mismarlanıb. Əgər kafedə də bu cür etsəydilər, heç bir hadisə baş verməzdi. Açığı, narahatam. Bütün bunlar xoşagəlməzdir. Müfəttişlərdən biri bizi təhqir etdi, pis formada çağırdı”.
Mamayev isə baş verənlərə görə utandığını deyib: “Arvadıma və uşaqlarıma görə narahatam. Əlbəttə, biz bu davaya qarışmışıq. Etdiyimiz hərəkətə görə utanıram. Ancaq adi vəziyyətdə özümüzdən çıxmazdıq. Bizi ağır ifadələrlə təhqir etdilər. Hər şey bundan sonra baş verdi. Oyundan əvvəl çox məşq etmişdik. Ardınca gecə yuxusuz qaldıq, sonra isə pivə içdik. Belə olmamalı idi. Ümid edirəm ki, hər şey öz həllini tapacaq və yenidən futbol oynaya biləcəyik”.
Qeyd edək ki, Kokorin və Mamayev kafedə sərxoş halda Rusiya Sənaye Ticarəti Nazirliyinin departament rəhbəri Denis Pak və Dövlət Federal Unitar Müəssisəsinin direktoru Sergey Qaysini, eləcə də daha əvvəl Rusiya “Birinci kanalı”ının aparıcısı Olqa Uşakovanın sürücüsünü döyüblər. Onlar 48 saat müddətinə saxlanılıblar. Futbolçular barədə həbs-qətimkan tədbirinin seçiləcəyi də gözlənilir.
Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi
"Neftçi"nin iki futbolçusu "Qarabağ"la oyunu buraxacaq