"Sumqayıt" keçmiş futbolçusunu transfer etdi

"Sumqayıt" keçmiş futbolçusunu transfer etdi
XƏBƏR 11 Oktyabr 2018 / 16:17 2997
-  A +

“Sumqayıt” heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 2011-2015-ci illər aralığında bu komandanın şərəfini qorumuş Orxan Əliyevlə mövsümün sonuna qədər müqavilə imzalanıb. Adıçəkilən futbolçu “Sumqayıt”da 8 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 22 yaşlı Əliyev bundan əvvəl “Sumqayıt”ın heyətində meydana çıxdığı 73 qarşılaşmada 14 dəfə rəqib qapılarına yol tapıb. Son mövsümü “Zirə”də (5 oyun) keçirmiş yarımüdafiəçi “Xəzər Lənkəran” (8 oyun) və “Kəpəz”in də (39 oyun, 3 qol) şərəfini qoruyub.

Orxan Əliyev həmçinin U-16 (1 oyun), U-17 (5 oyun, 1 qol), U-18 (1 oyun), U-19 (5 oyun) və U-21 (3 oyun) millilərimizin də formasını geyinib.


Son xəbərlər