Azərbaycan üçün tanış hakim

Azərbaycan üçün tanış hakim
XƏBƏR 11 Oktyabr 2018 / 14:27 2387
-  A +

UEFA Millətlər Liqasının 3-cü turunun Azərbaycan – Malta oyununun baş hakimi İvan Bebek ölkəmiz üçün tanış referidir.

Qol.az-ın məlumatına görə, xorvatiyalı ədalət təmsilçisi 5-ci dəfə Bakıda bizim oyunumuzu idarə edəcək. Bundan əvvəl 2005-2006 mövsümündə Avropa Liqasının birinci təsnifat mərhələsinin “Neftçi” – “Hafnarfyordur” matçında (2:0) fit çalan xorvatiyalı referi 2015-2016 mövsümündə həmin turnirin qrup mərhələsinin “Qəbələ” – “Borussiya” görüşünü (1:3), növbəti mövsümdə isə “Qarabağ” – “Fiorentina” qarşılaşmasını (1:2) idarə edib.

Bebek həmçinin AÇ-2008-in seçmə mərhələsində keçirilən və millimizin 0:2 hesablı məğlubiyyəti ilə başa çatan Azərbaycan – Portuqaliya oyununun baş hakimi olub.

 


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq