Birinci divizionda hansı məntiqlə fasilə yaranıb?

Birinci divizionda hansı məntiqlə fasilə yaranıb?
ÖLKƏ FUTBOLU 11 Oktyabr 2018 / 12:48 1146
-  A +

Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqa ilə yanaşı, birinci divizionun da matçları təxirə salınıb. U-21 milli komandasına birinci divizonda yarışan klublardan cəmi 4 futbolçunun çağırıldığını nəzərə alsaq, 14 günlük fasilənin yaranması haqlı tənqidlərə səbəb olur.

Az sayda futbolçuya görə birinci divizionda oyunlar iki həftə müddətinə niyə dayanmalıdır? Bu hansı məntiqə sığır?


Məsələ ilə əlaqədar Qol.az saytına açıqlama verən Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev deyib:

“Peşəkar Futbol Liqası Premyer Liqa və I Divizion oyunlarının təqvimini hazırlayarkən Milli Komandalar Departamenti, eləcə də yığmaların baş məşqçiləri ilə görüş keçirib. Biz daxili yarışların təqvimini hazırlayarkən eyni zamanda beynəlxalq təqvimləri, oyun günlərini nəzərə almışıq. Fasilə yaranmasının əsas səbəbi milli komandanın oyunlarıdır. Burada söhbət təkcə A milli komandadan getmir. Hazırda Azərbaycanın əsas milli komandası ilə yanaşı U-21 yığması, eləcə də U-19 və U-17 yığması toplanış üçün bir araya gəlib və qarşıda bu və digər səpkili oyunlar var. Nəzərə almaq lazımdır ki, əsas yığma ilə yanaşı aşağı yaş qrupları üzrə milli komandaların da əsas bazası Azərbaycan çempionatlarıdır. Bütün bunlara görə, Premyer Liqa ilə yanaşı I Divizion yarışında da  fasilə yaranıb”.

 

Daha çox


Son xəbərlər