Dünya çempionatının final mərhələsində çıxış edəcək Uruqvay millisinin 23 nəfərlik son heyəti açıqlanıb. Qol.Az-ın məlumatına görə, ötən ayın əvvəlində genişlənmiş siyahını müəyyənləşdirən Oskar Tabares həmin siyahıdan “River Katanya”nın hücumçusu Xorxe Martines, “River Pleyt”in yarımmüdafiəçisi Xorxe Rodriges, “Nasyonal”ın orta sahə oyunçusu Alvaro Qonzalesi çıxarmalı olub. Nəticədə o, mundialda aşağıdakı oyunçuların xidmətindən yararlanacaq:
Qapıçılar: Fernando Muslera (“Latsio”, İtaliya), Xuan-Gillermo Kastillyo (“Kali”, Kolumbiya), Martin Silva (“Defensor Sportinq”);
Müdafiəçilər: Dieqo Luqano (“Fənərbaxça”, Türkiyə), Dieqo Qodin (“Vilyarreal”, İspaniya), Andres Skotti (“Kolo-Kolo”, Çili), Xorxe Fusile (“Porto”, Portuqaliya), Martin Kaseres (“Yuventus”, İtaliya), Maurisio Viktorino (“Universidad de Çili”, Çili), Maksi Pereyra (“Benfika”, Portuqaliya);
Yarımmüdafiəçilər: Valter Qarqano (“Napoli”, İtaliya), Eqidio Arevalo Rios (“Penyarol”), Sebastyan Equren (AİK, İsveç), Dieqo Peres (“Monako”, Fransa), Alvaro Pereyra (“Porto”, Portuqaliya), İqnasio Qonsales (“Valensiya”, İspaniya), Nikolas Lodeyro (“Ayaks”, Hollandiya), Alvaro Fernandes (“Universidad de Çili”, Çili);
Hücumçular: Sebastyan Fernandes (“Banfild”), Luis Suares (“Ayaks”, Hollandiya), Dieqo Forlan (“Atletiko”, İspaniya), Sebastyan Abreu (“Botafoqo”, Braziliya), Edison Kavani (“Palermo”, İtaliya).
"Qəbələ"də 300-cü oyun
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi