“Qələbə qazansaq, Bakıda da şansımız çox olacaq" – Maltanın baş məşqçisi

“Qələbə qazansaq, Bakıda da şansımız çox olacaq" – Maltanın baş məşqçisi
ÖLKƏ FUTBOLU 11 Oktyabr 2018 / 11:21 1846
-  A +

"Ardıcıl iki çətin səfər oyununa çıxacağıq. Bu görüşləri səbirsizliklə gözləyirəm. Kosovonu yaxşı təhlil etmişik. Onlar iki matçda yaxşı oyun nümayiş etdiriblər.Bu qarşılaşmanın nəticəsi Bakıdakı oyuna da təsir edə bilər. Əgər Priştinadan Bakıya qalib kimi yollansaq, orda da şansımız çox olacaq”.

Qol.az-ın məlumatına görə, bu sözləri Malta yığmasının baş məşqçisi Rey Farruciya UEFA Millətlər Liqasının qrup mərhələsində Kosovo və Azərbaycanla oyun öncəsi yerli mətbuata açıqlamasında deyib.

"Komandam həmişə qələbə qazanmaq üçün oynayır. Bura da qələbə üçün gəlmişik. Mən və köməkçilərim millini dəyişdirməyə çalışırıq. Düzgün yolda olduğumuzu düşünürəm" - deyə o bildirib.

R.Farruciya Millətlər Liqası turniri haqda da danışıb: "Bu turnir fərqli komandalara qarşı oynamağımıza imkan verir. Buna görə də Millətlər Liqasının bizim üçün çətin turnirlərdən biri olduğunu düşünürəm".

Qeyd edək ki, Malta bu gün Kosovo ilə qarşılaşacaq. Komanda 3 gün sonra millimizin qonağı olacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı