“Azərbaycanla oyunda tez qol vurmalıyıq” – Qreqersen

“Azərbaycanla oyunda tez qol vurmalıyıq” – Qreqersen
ÖLKƏ FUTBOLU 11 Oktyabr 2018 / 11:12 2197
-  A +

“Azərbaycanla oyuna yaxşı hazırlaşmışıq. Sadəcə, bu fəsil üçün hava çox soyuqdur. Amma biz hava haqda deyil, qələbə qazanıb qrup lideri olmaq barədə düşünməliyik”.

Qol.az-ın xəbərinə görə, bu sözləri Farer adaları millisinin müdafiəçisi Atli Qreqersen bu gün Millətlər Liqasında Azərbaycan millisinə qarşı keçiriləcək oyunla bağlı danışarkən yerli mediaya bildirib. O deyib ki, komandası uduzmamalıdır: “Əks halda biz Kosovunu özümüzdən çox irəli buraxacağıq”.

Atli Qreqersen millimiz barədə də fikirlərini bildirib: “Yaxşı komandadır. Topla yaxşı oynayan texnikalı futbolçuları var. Düşünürəm ki, onlarla matçda tez qol vurmalıyıq. Bu halda oyunda üstünlük bizə keçəcək. Oyuna nəzarəti itirməməli və diqqətli olmalıyıq”.

O bildirib ki, komandası qarşıdakı görüşə hazırdır: “Bizi iki ağır oyun gözləyir - Azərbaycan və Kosovo ilə matçlar. İndi isə biz fikrimizi yalnız Azərbaycanla oyuna yönəltmişik”.

Daha çox


Son xəbərlər