"Arsenal"ın futbolçusu üçün daha bir müştəri

"Arsenal"ın futbolçusu üçün daha bir müştəri
XƏBƏR 11 Oktyabr 2018 / 01:17 2904
-  A +

Mövsümün sonunda “Arsenal”la müqaviləsi başa çatacaq Aaron Remsini heyətində görmək istəyən klubların sayı artmaqdadır.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “Liverpul”dan sonra “Mançester Yunayted” də uelsli futbolçu uğrunda mübarizəyə qoşulub. 27 yaşlı oyunçunun London klubu ilə sözləşməsi yayda başa çatsa da, “qırmızı şeytanlar” mövsümün sonunu gözləmək fikrində deyil. Mankunyanlar qış transfer pəncərəsində təcrübəli yarımmüdafiəçinin keçidini həll etmək istəyir.

Qeyd edək ki, bu mövsüm 8 Premyer Liqa oyununda meydana çıxan Remzi 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı