Millimiz qrupdan çıxsa... – UEFA mükafatı artırdı

Millimiz qrupdan çıxsa... – UEFA mükafatı artırdı
ÖLKƏ FUTBOLU 10 Oktyabr 2018 / 19:22 5774
-  A +

UEFA Millətlər Liqasının mükafat fondunu artırıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bununla liqaların səviyyəsinə uyğun olaraq, milli komandaların qazanacağı yeni məbləğ müəyyənləşib.

Yığmamızın mübarizə apardığı D liqasında iştiraka görə verilən mükafatın məbləği 500 min avrodan 750 minə qaldırılıb. Bundan başqa, qrupunu lider tamamlayan komanda yeni dəyişikliyə əsasən, 500 min avro deyil, 750 min avro qazanacaq.

Liqanın qalibinin qazancı isə 6 milyon (əvvəl 4,5 milyon avro idi) avro təşkil edəcək. Finalda uduzan komandaya 4,5milyon (əvvəl 3,5 milyon), 3 və 4-cü yerin sahiblərinə isə müvafiq olaraq 3,5 (əvvəl 2,5) və 2,5 (əvvəl 1,5) milyon avro veriləcək.

Qeyd edək ki, millimiz D divizionunda Kosovo, Farer adaları və Malta ilə 3-cü qrupda mübarizə aparır.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı