Polis məşhur klubların ofisində axtarış apardı – korrupsiya qalmaqalı

Polis məşhur klubların ofisində axtarış apardı – korrupsiya qalmaqalı
DÜNYA FUTBOLU 10 Oktyabr 2018 / 14:10 2873
-  A +

Belçika polisi yerli futbol liqasındakı mümkün cinayətlərə görə geniş əməliyyata başlayıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, əməliyyat zamanı bir neçə nüfuzlu futbol agenti, klub nümayəndəsi və hakim saxlanılıb. Əməliyyat çərçivəsində əsasən “Brügge”nin baş məşqçisi İvan Leko dindirilir.

Bundan başqa, “Anderlext”, “Brügge” və “Lokeren” də daxil olmaqla Belçika liqasının 10 klubunun ofisində axtarış aparılıb. Məlumata görə, hüquq-mühafizə orqanları klubların korrupsiya, çirkli pulların yuyulması və danışılmış oyunlarda iştirakına dair məlumat əldə etdikdən sonra əməliyyat keçirib.


Son xəbərlər