"Sportinq"in futbolçusu komanda yoldaşının həyatını xilas etdi - Video

"Sportinq"in futbolçusu komanda yoldaşının həyatını xilas etdi - <b style="color:red">Video</b>
VİDEO 10 Oktyabr 2018 / 12:49 2031
-  A +

"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Sportinq"in futbolçusu Sebastyan Koates komanda yoldaşı Romen Salenin həyatını xilas edib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə,  bu, Portuqaliya çempionatının 7-ci turunda "Portimonensi” ilə matçda baş verib.

28 yaşlı müdafiəçi oyunun gedişatında halı pisləşən və boğulmağa başlayan qapıçı Romen Salenə ilkin yardım edib. O, həkimlər meydana daxil olana qədər əlini komanda yoldaşının ağzına salıb və dilinin qatlanmasının qarşısını alıb.

Qeyd edək ki, R.Salen 1-ci hissənin sonunda əvəzlənib.

Xatırladaq ki, "Portimonensi” – "Sportinq” oyunu ev sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.


 

Son xəbərlər
15.12.18  14:11

Navas "Real"da qalır

14.12.18  22:33

Roys birinci oldu

14.12.18  21:05

Yalquzaq