Ronaldo Millətlər Liqasını niyə boykot edir? – sensasiyalı təfərrüat

Ronaldo Millətlər Liqasını niyə boykot edir? – sensasiyalı təfərrüat
DÜNYA FUTBOLU 10 Oktyabr 2018 / 11:44 5064
-  A +

Son günlər adı seks qalmaqalında hallanan “Yuventus”un hücumçusu Kriştiano Ronaldo ilə bağlı növbəti sensasiyalı xəbərlər yayılıb.

Öncədən bəlli olduğu kimi, bu yaxınlarda amerikalı model Ketrin Mayorqa hələ 2009-cu ildə Ronaldonun onu Las-Veqasda zorladığını iddia edib. Ketrin Mayorqanın vəkili iddia edib ki, Ronaldo qadının susması üçün 2010-cu ildə ona 375 min dollar verib və bununla bağlı tərəflərin vəkilləri arasında razılaşma imzalanıb. Amma 2018-ci ilin payızında Mayorqa məsələ ilə əlaqədar polisə geniş izahat verib. Bundan sonra iş açılıb.

Qol.az-ın xəbərinə görə, italiyalı jurnalist Tankredi Palmeri Ronaldonun yaxınlarına istinadən bildirib ki, portuqaliyalı futbolçu bütün bu kampaniyanın arxasında sabiq klubu “Real”ın prezidenti Florentino Peresin durduğuna əmindir. 33 yaşlı oyunçuya görə, məhz “Kral klubu”nun təsirindən sonra UEFA ona 2017/18 mövsümünün ən yaxşı futbolçusu adını verməyib.


Ronaldo və Ketrin Mayorqa, 2009-cu il

Buna cavab olaraq isə Kriştiano UEFA-nın yeni turniri olan Millətlər Liqasının matçlarını boykot etdiyi bildirilir.

Portuqaliyalılar bu turnirdə artıq bir oyun keçiriblər, ilin sonuna qədər isə daha üç matç oynayacaqlar. Bir müddət əvvəl isə məlum olub ki, Ronaldo 2018-ci ilin sonuna kimi millidə çıxış etməyəcək.


Son xəbərlər