Şevçenko məşhurlaşdığı ölkəyə qarşı - Topaz-da bu gün

Şevçenko məşhurlaşdığı ölkəyə qarşı - Topaz-da bu gün
ETOPAZ 10 Oktyabr 2018 / 10:50 2372
-  A +

Bu gündən başlayaraq oktyabrın 17-sinə qədər  milli komandalar səviyyəsində müxtəlif statuslu  qarşılaşmalar keçiriləcək:yoldaşlıq matçları, UEFA Millətlər Liqası, Afrika Millətlər Kubokunun seçmə oyunları, eləcə də 17 və 19 yaşlı futbolçular arasında  Avropa çempionatının təsnifat görüşləri. Əksər ölkə çempionatlarında yaranan fasilə də məhz bununla bağlıdır. Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"ın bu günkü proqramında 51 qarşılaşma yer alıb ki, onların sırasına bir neçə ölkədə keçiriləcək kubok oyunları, həmçinin U-19 komandalar arasında seçmə görüşlər daxildir.

Günün əsas oyunu isə təbii ki, İtaliya ilə Ukrayna arasında keçirilcək yoldaşlıq matçıdır. Genuya şəhərində keçiriləcək və saat 22:45-də başlanacaq bu maraqlı qarşılaşmaya "Topaz"da həm təkli, həm də canlı mərc edə bilərsiniz. Bu matçla bağlı proqnoz həvəskarları üçün maraqlı ola biləcək bir neçə statistik fakta diqqət yetirək. Sonuncu dəfə mayın 28-də yoxlama görüşündə Səudiyyə  Ərəbistanına qalib gələn (2:1) italyanlar ondan sonra keçirdiyi 2 yoldaşlıq və 2 Millətlər Liqası matçının heç birində uğur qazanmayıb. Başqa sözlə,  dördqat dünya çempionu 4 oyundur qələbəyə həsrətdir. Ukrayna yığması isə əksinə,  düz bir il əvvəl - oktyabrın 9-da dünya çempionatına vəsiqə uğrunda matçda Xorvatiyaya uduzduqdan sonra (1:2) ardıcıl 7 oyundur məğlub olmur (5 qələbə, 2 heç-heçə).

Görünən budur ki, ötənlərin məşhur futbolçusu Andrey Şevçenko istədiyi komandanı qura bilib. Bu axşam isə Şevanın komandasını vaxtilə onun məşhurlaşdığı ölkənin yığmasına qarşı çətin sınaq gözləyir. 4 oyundur qələbə qazanmayan İtaliya millisi "tilsimi" Ukrayna ilə dueldə qırmaz əzmindədir. Statistika da İtaliya deyir. Bu komandalar arasında indiyədək baş tutan 7 duelin heç birində Ukrayna qalib gəlməyib. Yalnız bir dəfə heç-heçə oynayan italyanlar 6 dəfə qələbəyə sevinib. Beləliklə, bir tərəfdə qələbə həsrətli İtaliya, digər tərəfdə düz bir ildir məğlubiyyət tanımayan Ukrayna. Ortada İtaliyanın xeyrinə olan statistika və futbolçu kimi məşhurlaşdığı ölkəyə baş məqşçi timsalında ilk səfərini edən Andrey Şevçenko. Bütün bunlar "Topaz"ın əmsallarında bu cür əksini tapıb: İtaliyanın qələbəsi 1.65, heç-heçə 3.40, Ukraynanın qələbəsi  5.20. Bu maraqlı qarşılaşmaya "Topaz"la həyəcan qatın, intuisiyanıza güvənərək qazanın.

Son xəbərlər